"Zəfərə gedən yol" adlı yeni layihəyə start verilib


"Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsi və "İşıqlı Gələcək" GİB-in təşkilatçılığı ilə "Zəfərə gedən yol" adlı yeni layihəyə start verilib.
Yeniavaz.com
xəbər verir ki, layihə çərçivəsində İkinci Qarabağ müharibəsində iştirak edən Qəhrəman əsgərlərimizin döyüş yolunu onların özündən dinləyəcək və təəssüratlarını öyrənəcəksiniz.
Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində xalqımıza qələbə bəxş edən qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, onların qəhrəmanlarımız haqqında dərin biliyə sahib olması, vətənpərvər ruhda böyüməsi, dövlətçilik ənənələrinə sadiq qalması, qazandığımız zəfərin nəyin bahasına əldə edildiyini bilməsi, bu zəfər və əsgərlərimizlə daim qürur duymalarıdır.
Biz Sizinlə fəxr edirik, Azərbaycan Əsgəri. Siz sadəcə düşmənə deyil, bütün dünyaya Azərbaycanın və Azərbaycan Ordusunun gücünü göstərdiniz.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top