Mingəçevirdə 23 yaşlı qızın üzərinə qızdırıcı aşıb


Mingəçevirdə üzərinə qızdırıcı aşan 23 yaşlı qız çoxsaylı yanıq xəsarətləri alıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə vanna otağında yaşanıb. Məlumata görə, müvazinətini itirən 1997-ci il təvəllüdlü Sanun Natiq qızı Bəylərli yerə yıxılıb və bu zaman üzərinə qızdırıcı cihaz aşıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan qız öncə şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan ilkin tibbi yardım aldıqdan sonra paytaxt klinikalarından birinə göndərilib.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top