“Aİ-92” markalı benzini xaricə 28 qəpiyə, özümüzə 90 qəpiyə satırıq


Yola saldığımız 2020-ci ilin ilk 10 ayı ərzində Azərbaycandan xaricə oktan ədədi 95-dən az olan (“Aİ-92”) 64 min 134,1 ton benzin ixrac edib. 
Yeniavaz.com
Dövlət Statistika Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, ixrac olunan benzinin ümumi dəyəri 14 milyon 146,3 min dollar olub. Rəqəmlərdən də göründüyü kimi, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixrac etdiyi 1 ton “Aİ-92” markalı benzinin gömrük dəyəri  220,6 dollar (375 manat) olub.
Onu da bildirək ki, ötən ilin ilk 10 ayında daxili bazarda 1 ton “Aİ-92” markalı benzinin topdansatış qiyməti 1052 manat, pərəkanda satış qiyməti 1180 manat olub. 
Açıqlanan məlumatlardan belə görünür ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə satılan “Aİ-92” markalı benzinin 1 litri 28 qəpik, daxili bazarda satılan “Aİ-92” markalı benzinin topdansatış qiyməti 1 litr üçün 80 qəpik, pərəkanda satış qiyməti isə 1 litr üçün 90 qəpik olub.

DİGƏR XƏBƏRLƏR

Top