Putinin "başı kəsilmiş" video görüntüsü səs-küy doğurdu - FOTO


Rusiyanın Kalininqrad şəhərində fəaliyyət göstərən “Kaskad” televiziya kanalının efirə verdiyi videogörüntü geniş əks-səda doğurub. 
Yeniavaz.com
verir ki, sözügedən video sosial şəbəkə istifadəçiləri tərəfindən geniş yayılıb. Belə ki, videoda Rusiya prezidenti Vladimir Putinin "başı kəsilmiş" formada efirə gedib. Xətanın baş verdiyi görülən kimi efir yarımçıq kəsilərək, yerinə musiqi nömrəsi verilib. “Kaskad” televiziya kanalı xətaya görə həm üzr istəyib, həm də işçilərin cəzalandırılacağını bildirib.
İngilislərin “The Mirror” qəzetinin saytında göstərilən videoya "Axı, o, KQB işçisidir. Heç kim onun əsl üzünü görməməlidir”, “Hamı bilir ki, orada yalnız botoks var", "Çox cəsarətli bir kanaldır" kimi müxtəlif şərhlər gəlib. 
Qeyd edilir ki, efirdə baş verən bu xəta insanlara 1999-cu ilin 31 dekabr gecəsini xatırladıb. Həmin vaxt Rusiyanın keçmiş lideri Boris Yeltsin istefa qərarını açıqlayıb. Putin isə vəkalətən onun yerinə keçib. O dövrdə baş nazirin müavini olan Vladimir Putin, elə ilk seçkidə 50 faizdən çox səs toplayaraq qalib gəlib.

DİGƏR XƏBƏRLƏR

Top