Bu vətəndaşlara maddi yardım göstərilməsinə başlanıldı - RƏSMİ


Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 06 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli Sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub.

Nazirlər Kabinetindən Yeniavaz.com-a verilən məlumata görə, artıq Prezidentin ziyan dəymiş vətəndaşlara ilkin maddi yardım verilməsi haqda 14 dekabr 2020-ci il tarixli Sərəncamının icrasına başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top