MTRŞ üzvü Mübariz Elyazov koronavirusdan vəfat edib


Milli Televiziya və Radio Şurasının üzvü Mübariz Elyazov vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə MTRŞ məlumat yayıb.

Qeyd olunub ki, Milli Televiziya və Radio Şurasının üzvü Elyazov Mübariz Elyaz oğlu COVİD-19 infeksiyasından 20 gündən çöx müalicə olunduğu xəstəxanada vəfat edib. Həkimlərin bütün səylərinə, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq, MTRŞ üzvü dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top