Ermənistan hərbi itkilərlə bağlı yeni məlumatlar açıqladı


Ermənistanın Səhiyyə naziri Arsen Torosyan 27 sentyabr - 9 noyabr tarixlərində Qarabağdakı döyüş əməliyyatları zamanı hərbi itkilərlə bağlı yeni məlumatları açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, öz “facebook” hesabında məlumat verib. Onun sözlərinə görə, müharibənin başlandığı gündən bu günə qədər məhkəmə tibbi ekspertiza xidməti 3360 məhv olmuş hərbçinin cəsədlərini və qalıqlarını müəyyənləşdirə bilib.
Nazir onu da vurğulayıb ki, 2500-dən çox şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi-genetik ekspertiziası keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top