Bakı-Sumqayıt yolunda minik avtomobili ilə UAZ toqquşub, ölən var - VİDEO


Bakı- Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

UAZ markalı yük maşını ilə KİA markalı avtomobil toqquşub. Nəticədə yük maşını aşıb. 

İlkin məlumata görə, hadisə zamanı minik avtomobilində olan iki qardaşdan biri ölüb, biri xəsarət alıb. 

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları və təcili yardım briqadaları cəlb edilib. 

DİGƏR XƏBƏRLƏR

Top