Səudiyyə Ərəbistanı Qətərlə quru, dəniz və hava sərhədlərini açıb


Yanvarın 4-də Səudiyyə Ərəbistanı ilə Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması barədə razılaşma əldə olunub.

Bu barədə “Al Arabia” telekanalı iki dövlət arasında əlaqələrin normallaşması üzrə vasitəçilik rolunu oynayan Küveytin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 2017-ci il iyunun 15-də bağlanan sərhədlər bu gecə açılıb. Körfəz ölkələri üçün əlamətdar olan bu addım yaxın günlərdə Səudiyyə Ərəbistanında keçiriləcək Körfəz Ölkələri Şurasının 41-ci sammiti ərəfəsində atılıb.

Xatırladaq ki, 2017-ci ildə Qətərə qarşı terrorçuları dəstəkləmə ittihamı ilə çıxış edən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn öz sərhədlərini bağlamışdı. Rəsmi Doha bu ittihamları qətiyyətlə rədd edir.//Azərtac

DİGƏR XƏBƏRLƏR

Top