Şəhriyar: "Təbriklər, Tima, təbriklər qardaş"


“Bu il bizim ilimizdir. Təbriklər, Tima, təbriklər qardaş. Uğurların davamı gələr, inşallah”.

Yeniavaz.com xəbər verir ki, bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin qalibi olan Teymur Rəcəbovun çempionluğuna fikir bildirərkən deyib.

Ş.Məmmədyarov ilin uğurlu start götürdüyünü yazıb: “2021-ci ilin Azərbaycan şahmatı üçün uğurlu olduğunu deməyimizə 3 gün bəs elədi. Teymur turniri möhtəşəm keçirdi, hamını birnəfəsə məğlub etdi. Bir daha səninlə qürur duydum, Tima. Ardı gəlsin”.

DİGƏR XƏBƏRLƏR

Top