Masallı rayonunda kənd sakini olan şəhid atası qarşılaşdığı problemlə bağlı bələdiyyə sədrinə müraciət etsə də, çox kobud reaksiya ilə qarşılaşıb.
Yeniavaz.com "yenisabah"a istinadla xəbər verir ki, o, bələdiyyə sədrinin problemini nəinki həll etdiyini, əlavə problemlər yaratdığını da bildirir. Bələdiyyə sədri şəhid atasını təhqir etməkdən çəkinmir: “Sənin başın işləmir, elə bilirsən ki, heç kimin başı işləmir. Şəhid atasısan deyə, nə gəldi deyəcəksən!”.
Sonra isə bələdiyyə sədri “mənim oğlum sənin oğlundan da betər yerdədir, korona xəstəxanasında işləyir bütün günü” deyir. Bu təhqirlərdən sonra şəhid atası bələdiyyə sədri ilə mübahisəni kəsir.
Həmin kadrları təqdim edirik: