Ermənistan 3330 hərbçisinin öldüyünü təsdiqlədi


Ermənistan Səhiyyə Nazirliyi II Qarabağ müharibəsində həlak olmuş 3 330 hərbçinin cəsədinin məhkəmə-tibbi ekspertizasını keçirib.

Bu barədə “Facebook” hesabında Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan yazıb.

Onun sözlərinə görə, müharibənin başladığı vaxtdan bu günə qədər həlak olmuş 1 441 şəxsin genetik material nümunələri götürülüb. 871 nümunə ekspertizaya göndərilib, 436 cəsəd tanınıb.

DİGƏR XƏBƏRLƏR

Top