Somalidə terror: Dörd nəfər öldü - Biri Türkiyə vətəndaşıdır


Somalidə Türkiyəyə məxsus inşaat firmasının işçilərinə terror hücumu nəticəsində 4 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Somalidə yerləşən Türkiyə Hərbi Bazasından 15 kilometr məsafədə Türkiyəyə məxsus  yol tikintisi şirkətinin əməkdaşlarının çalışdığı əraziyə partlayıcı quraşdırılmış motosiklet hücum edib.
Partlayış nəticəsində biri Türkiyə vətəndaşı olmaqla 4 nəfərin öldüyü, 4 Türkiyə vətəndaşının isə yaralandığı bildirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top