Sabah hava necə olacaq?


Yanvarın 3-də  Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə çiskinli olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. 
Yanvarın 3-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. 
Tibbi-meteoroloji proqnoz:
Yanvarın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

DİGƏR XƏBƏRLƏR

Top