Atasının yuxusuna girərək "əsirəm, ata, qurtar məni" deyən leytenantdan XƏBƏR VAR


Vətən müharibəsi başlayan gündən hərbi xidmətə yollanan, daha sonra oktyabrın 3-dən bugünə kimi heç bir xəbər çıxmayan Yusifov Əli Sülləddin oğlundan sevindirici xəbər var.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı atası Süləddin Yusifov sosial şəbəkələrdə paylaşım edib.
O paylaşımında oğlu ilə bağlı Neftçala rayonundan olan bir ananın ona zəng etdiyini qeyd edib: "Salam gözəl xalqım! Bacılarım, qardaşlarım! Dünən bir ana Neftçala rayonundan zəng edərək dedi ki, sizin oğlunuz Əli Yusifov və mənim oğlum İmanov Məmmədağa əsir düşüblər.  O anaya məlumat verilən kimi dərhal Qızıl Xaç nümayəndəliyinə xəbər verib. Çox şükür ki, oğlumdan gec də olsa bu xəbəri ala bildik. İnşallah cənab Prezident Yusifov Əlini və İmanov Məmmədağa balamızı tezliklə Vətənə qaytarar. Bu işdə biz valideynlərə köməkik etmək istəyənlər 0552443688 ve 0602443688 nömrələrinə zəng edə bilər".
Qeyd edək ki, üç aydan artıqdır ki, oğlu Yusifov Əlidən xəbər ala bilməyən Süləddin Yusifov sosial şəbəkələrdə mütamədi paylaşımlar edir. O oğlunu yuxusunda gördüyünü və yuxuda ona əsirlikdə olduğunu deməsi ilə bağlı qeydlər edirdi.
 

DİGƏR XƏBƏRLƏR

Top