Ötən il Azərbaycanda mina partlayışları zamanı 6 nəfər ölüb


2020-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli və Qaradağ rayonları ərazisində 7 mina partlayışı qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumata görə, mina partlayışları nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 6 nəfər isə həlak olub.
Ötən ilin 27 sentyabr tarixindən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dinc əhalisinə qarşı törədilmiş cinayətlər nəticəsində 93 nəfər həlak olub, 410 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top