Yasamalda güclü yanğın baş verib


Bakının Yasamal rayonu ərazisində yanğın baş verib.  

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, rayonda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 52 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları (taxta konstruksiyalı) 40 m² sahədə, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 16 m² sahədə və ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzildə arakəsmə divar 8 m² sahədə yanıb, yüksək temperaturdan 1 otağın lambirindən ibarət tavanı 16 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. 

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top