Azər Qəribə ağır itki - FOTO

Jurnalist Azər Qəribin anası vəfat edib.

Bu barədə A.Qərib özü məlumat verib.

"Mənim Mamam 45 yaşında dul qaldı. O gündən sonra nə qədər dedik, saçlarına bir dəfə də olsun rəng vurmadı, həyat yoldaşına sədaqətliyiki kimi görürdü bunu. Üç övlad böyütdü, boya-başa çatdırdı, nəvə toyu gördü, nəticə gördü. Son illər səfərlərimi elə salırdım ki, Yeni İl gecəsi Bakıda olum. Ya bu günə qədər gedib-qayıdırdım, yaxud yanvarın əvvəlində düşürdüm yola. Çünki yeni il gecəsini anamın yanında olurdum. Bu yeni il gecəsini də anamın yanında oldum, amma artıq mərhum anamın yanında. Bu gün isə onu son istəyinə görə Qəbələdə, Atamızın yanında torpağa tapşırdıq. Allah bütün gedənlərə rəhmət eləsin! Pandemiya ilə əlaqədar yas mərasimi keçirmirik", - deyə jurnalist qeyd edib.
Azər Qəribə ağır itki - Foto
yenisabah.az

DİGƏR XƏBƏRLƏR

Top