2020-ci ilin ən yaxşı futbolçuları seçildi

İspaniyanın “Marca” nəşri 2020-ci ilin ən yaxşı futbolçularının adını açıqlayıb.  "Marca"nın açıqladığı siyahıda birinci yeri Polşa yığmasının və “Bavariya”nın hücumçusu Robert Levandovski tutub.
2020-ci ilin ən yaxşı futbolçularının siyahıda ilk üçlüyü Münhen klubunun yarımmüdafiəçisi Coşua Kimmix və PSJ-nin hücumçusu Kilian Mbappe tamamlayır.
“Yuventus” komandasının hücumçusu Kriştianu Ronaldu dördüncü, “Barselona”nın kapitanı Lionel Messi isə 10-cu yerdə qərar tutub.
 

DİGƏR XƏBƏRLƏR

Top