MSK seçici siyahılarının dəqiqləşdirilməsi üçün bu il 5,2 milyon manat xərcləyəck


Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına 21 milyon 291 min 868 manat ayrılıb.
Bu, Prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanında əksini tapıb.
Bu vəsaitin  5 milyon 251 min 155 manatı 2021-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsi, 12 milyon 265 min 906 manatı dairə seçki komissiyalarının  saxlanılmasına xərclənəcək.
MSK-nın saxlanılması üçün isə dövlət büdcəsində 3 milyon 774 min 807 manat nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top