Azərbaycanda bu il koronavirusla mübarizəyə 261 milyon manat ayrılıb


Bu ilin dövlət büdcəsində koronavirus (“COVID-19”) pandemiyasına qarşı mübarizəyə 261 milyon manat vəsait ayrılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.
Fərmanda həmçinin qeyd olunub ki, Nazirlər Kabineti nəzərdə tutulan vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri həyata keçirsin.

DİGƏR XƏBƏRLƏR

Top