İsmayıllı İH-də yeni təyinatlar


İsmayıllıda dövlət qurumlarına təyinatlar olub.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda fəaliyyət göstərən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsinə Akif Məmmədov, DSMF Publik Hüquqi şəxsin 14 saylı regional ərazi filialının İsmayıllı rayon qəbul şöbəsinin müdiri vəzifəsinə isə Eyyub Musayev təyinat alıb. 

Bundan əlavə İnzibati Ərazi Dairələrində (İƏD) vakant olan nümayəndənin müavini və baş məsləhətçi-baş mühasib vəzifələri RİH başçısının əmri ilə gənc kadrlara etimad olunub.

Aslan Rüstəmov RİH başçısının Talıstan İƏD üzrə nümayəndəsinin müavini, Azad Qubatov isə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi həmçinin, Xoşqədəm Hacıbalazadə Təzəkənd və Elçin Balayev Keyvəndi İƏD üzrə nümayəndəlikdə baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin olunub. (APA)

DİGƏR XƏBƏRLƏR

Top