73 gün əsirlikdə olan qazi evinə döndü - VİDEO


Ermənistan əsirliyindən azad edilmiş Nurəddin Yolçuyev gecə saatlarında müalicə aldığı xəstəxanadan evinə dönüb. Sevinci hədsiz olan ana, əsirlikdən qayıdan övladını dizin-dizin gedərək qarşılayır.
Görüntülər Yevlaxın Marzılı kəndində Nurəddin Yolçuyevin yaşadığı evdə Yeniavaz.com tərəfindən  lentə alınıb.Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edən, Yevlax rayon Marzılı kənd sakini  22 yaşlı Nurəddin Yolçuyev oktyabrın 2-də yaralı halda düşmən tərəfə əsir düşüb. Yaxınları ondan bir müddət xəbər tuta bilməsələr də, sonradan onun ermənilər tərəfdən əsir götürüldüyünü öyrənə bilirlər. Nəhayət 2020-ci ilin son günü Nurəddin ailəsinə qovuşur. 
 Yaralı qazini  Anası Vüsalə Yolçuyeva, nənəsi Banu Umudova, atası Bəxtiyar Yolçuyev və kənd sakinləri böyük coşqu ilə qarşılayıblar.
22 yaşını əsirlikdə tamamlayan Nurəddin Yolçuyev, 2 bacının yeganə qardaşıdır. 
44 günlük Vətən müahribəsində gedən döyüşlərdə Talış istiqamətində ayağından yaralanan Nurəddin Yolçuyevin bir müddət müalicəsi davam edəcək. Yevlax sakinin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq.

Esmira Hidayətova,Yevlax

 

DİGƏR XƏBƏRLƏR

Top