İlham Əliyev Xorvatiya Prezidentinə başsağlığı verdi


Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti Zoran Milanoviçə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

 

DİGƏR XƏBƏRLƏR

Top