Erməni əsirliyindən azad edilmiş Bayram Kərimovun ailəsindən REPORTAJ - VİDEO


Dekabrın 14-də Ermənistanın əsirliyindən azad edilmiş Bayram Kərimov bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə Yeniavaz.com-a B. Kərimovun valideynləri məlumat verib.
Onlar Bayramın əsirlikdən azad olunmasına görə Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Valideynləri Bayramın hal-hazırda yolda olduğunu, səhhətində heç bir problemin olmadığını bildiriblər.
Xatırladaq ki, dekabrın 14-də Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyev erməni əsir və girovluğundan azad edilərək, Azərbaycana gətirilib. Onlar iki həftəlik karantin rejimində saxlanılırdı.

 

DİGƏR XƏBƏRLƏR

Top