Ukraynanın Xarici İşlər naziri rus peyvəndini hibrid silah kimi qiymətləndirib


Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Rusiya istehsalı olan “Sputnik-V” peyvəndini, Rusiyanın Ukraynaya qarşı hibrid silahının bir elementi kimi qiymətləndirib.
Yeniavaz.com
“Pravda”ya istinadən xəbər verir ki, nazir bu fikri vaksinləri şərh edərkən qeyd edib:
“Peyvəndi əldə etməyin bəzi yolları var. COVID-19 vaksinlərini ya COVAX vasitəsi ilə və ya istehsalçılarla birbaşa əlaqə quraraq satın alacaqsınız. Rus peyvəndinə gəldikdə isə bu, bizim qarşımızdakı hibrid silahlardan biridir”.

DİGƏR XƏBƏRLƏR

Top