
Dekabrın 14-də Ermənistan əsirliyindən azad edilən həmvətənimiz Amin Musayev evə buraxılıb.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə onun xalası Rəna Əmiraslanova məlumat verib.
O bildirib ki, Amin artıq xəstəxanadan çıxıb, Ağstafaya yola düşüb:
“Şükür Allaha hər şey qaydasındadır. Amini xəstəxanadan dayısı götürüb. İnşallah axşama qədər Ağstafaya çatacaqlar. Maraqlanan hər kəsə təşəkkür edirik”.
Xatırladaq ki, Dilqəm Əsgərov da bu gün evə buraxılıb.
Tətbiqimizi yükləyə bilərsiniz