Aqil Abbas: "Bəzilərinin Qarabağa geri qayıtmayacağı ilə bağlı yayılan fikirlər doğru deyil"


“Birinci Qarabağ müharibəsində də Əfqanıstan bizi dəstəkləyib”.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin  bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. 
Deputat bəzilərinin Qarabağa geri qayıtmayacağı ilə bağlı yayılan fikirlərinin doğru olmadığını bildirib: “Müəyyən adamlardan bu məqsədlərlə istifadə edirlər. Ağdamda işğal olunmamış ərazidə 45 min əhali yaşayırdı. Oralar bərpa olunandan sonra 100 minə qədər əhali ora qayıtdı. O cümlədən Füzulidə də 40 minə yaxın füzulili öz torpağına qayıtdı. Qarabağlılar öz torpaqlarına qayıtmaqdan ötrü ölür. Biri mən. Biri burada oturan qarabağlı deputatlar. Belə təbliğat aparmaqla adamları ruhdan salmaq istəyirlər. Biz qarabağlılar ruhdan düşən deyilik". 
Sədr Sahibə Qafarova bildirib ki, belə şayiələr çox olacaq: “Azərbaycan xalqı müdrik xalqdır. Həqiqətən qarabağlılar ruhdan düşən deyillər".

DİGƏR XƏBƏRLƏR

Top