Hamiləlikdə “COVID”ə yoluxma körpəyə necə təsir edir? - Baş mama-ginekoloqdan AÇIQLAMA

““COVID-19” virusu əsasən hava-damcı yolu ilə yayılır. Bu səbəbdən hamiləlik zamanı koronavirusa yoluxma halı baş verərsə, virusun ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır”. 

Yeniavaz.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova hamilə qadınlarda və analarda “COVID-19” riski ilə bağlı danışarkən deyib.

O bildirib ki, hamiləlik infeksiyaya meyilliliyi artmır və xəstəliyin klinik gedişatını ağırlaşdırmır, infeksiyalaşmış anaların əksəriyyəti sağalır. Hamilə qadınlarda “COVID-19” klinik əlamətləri hamilə olmayan şəxslərlə eynidir. Lakin hamilə qadınlarda “COVID-19”la əlaqəli ağır fəsadlaşma baş verdikdə intensiv terapiya şöbəsinə hospitalizasiya və ekstrakorporal membran oksigenasiya zərurəti yarana bilər.

S.Məmmədova bildirib ki, ana südü ilə virusun yoluxması sübut olunmayıb: “Lakin əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğundan hava-damcı yolu ilə yoluxma mümkündür. Bu zaman anaların tibbi maskadan istifadəsi tövsiyə olunandır. Ana südündə passiv anticisimlər və digər infeksiya əleyhinə faktorlar olduğundan əmizdirmə alqışlanmalıdır””.

Südverən “COVID-19” xəstəsi ananın aldığı müalicə, dərman preparatlarının körpənin sağlamlığı üçün hər hansı təhlükə yarada bilməsinə gəlincə isə, baş mama-ginekoloq bildirib ki, ABŞ-ın bəzi xəstəxanalarında protokola uyğun “COVID-19” ağır gedişatlı hamilələrdə remdezivirindən istifadə olunur:

“Remdezivir SARS-CoV-2-nin vitro və digər koronaviruslara təsir edən yeni nukleotid analoqudur. Ebola və Marburq virus xəstəliyi olan hamilələrdə istifadə olunmuş və döl üçün hər hansı bir toksik təsiri haqqında məlumat olmamışdır. Lakin randomizə olunmuş klinik tədqiqat COVID-19 pandemiyası zamanı hamilə və süd verən analara bu dərmanın istifadəsini istisna etmişdir. Bəzi tədqiqatlarda lopinavir – ritonavir (adətən İİV infeksiyalı hamilələrdə) istifadə edilir. Ciftdən keçir və vaxtından əvvəl doğuş riskini artırır. Lakin insanlarda teratogen effekt qeydə alınmayıb. COVID-19 da olunan ribavirin və barisitinib kimi vasitələr tertogen effektə malikdir.

S. Məmmədova həmçinin qeyd edib ki, ana xəstə olduğu halda bilavasitə kontaktın azaldılması məqsədilə yenidoğulmuşu sağılmış ana südü digər sağlam şəxs tərəfindən, gigiyena qaydalarına riayət edərək, qidalandırılması tövsiyə edilir.

DİGƏR XƏBƏRLƏR

Top