Ramiz Mehdiyevin AMEA Rəyasət Heyəti aparatına rəhbər təyin etdiyi Seyfəl Həsənov kimdir? - DOSYE


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatına yeni rəhbər təyin edilib.
Yeniavaz.com
AMEA-dan açıqlanan məlumata istinadən bildirir ki, Rəyasət Heyəti aparatına yeni rəhbəri filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov olub.
Məlumat üçün bildirək ki,  Seyfəl Həsənov 16 may 1955-ci ildə Qusarda anadan olub. Azərbaycanda  rusca-azərbaycanca və azərbaycan-rusca olan ilk sinxron tərcüməçilərdən biri kimi tanınır.1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olub, 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
Əvvəllər Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, dosenti olmuş, Tərcümə şöbəsinin müdiri vəzifəsini tutub. 2000-2004-cü illərdə yeni yaradılan Regionşünaslıq və Tərcümə fakültəsinin, 2004-2013-cü illərdə Tərcümə fakültəsinin dekanı olub. 2002-2005-ci illərdə Moskva Dövlət Bexnəlxalq Münasibətlər İnstitutu (Universiteti) nəzdində fəaliyyət göstərən Regionşünaslıq ixtisası üzrə Rusiya Ali məktəbləri Tədris-metodiki Şurasında Bakı Slavyan Universitetinin təmsilçisi olub.
2013-cü ildə elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunub. Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosentidir.

DİGƏR XƏBƏRLƏR

Top