Sivas Cümhuriyyət Universitetindən Qarabağ şəhidlərinin yaxınlarına tam təqaüdlü təhsil - FOTO

Türkiyənin Sivas Cümhuriyyət Universiteti birinci və ikinci Qarabağ savaşında şəhid olmuş qəhrəman oğullarımızın ailə üzvlərinin (övladı, qardaşı, bacısı) pulsuz ali təhsil alması üçün imkan yaradır. Yeniavaz.com xəbər verir ki, universitet tərəfindən 50 nəfərlik tam təqaüdlü yer ayırılıb.
Təhsil müddətində tələbə tibbi sığorta ilə, yataqxana ilə təmin olunacaq. Universitetin diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən rəsmən tanınır. Tələbəyə aylıq 75 dollar təqaüd veriləcək. Tələbənin təyyarə ilə gediş haqqı da qarşılanacaq.
Maraqlananlar aşağıdakı elandan telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top