Əli Əsədov və Mixail Mişustin Qarabağda bərpa məsələlərini müzakirə etdi


Azərbaycan Baş naziri Əli Əsədov və Rusiya Baş naziri Mixail Mişustin arasında bu gün telefon danışığı olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. Bildirilib ki,  Rusiya Baş naziri Mixail Mişustin və Azərbaycanın Baş naziri Əli Əsədov telefon danışığında Dağlıq Qarabağın bərpası barədə fikir mübadiləsi aparıb.

Hər iki ölkə rəsmisi enerji, sənaye, nəqliyyat və digər sahələrdə ortaq layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirərək Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini müzakirə etdilər. Ən yeni dərman və peyvəndlərin istifadəsi daxil olmaqla, koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri də nəzərdən keçirildi. 

 

 

DİGƏR XƏBƏRLƏR

Top