2020-ci ildə vəfat edən tanınmış azərbaycanlılar – SİYAHI



2020-ci ildə Azərbaycanın bir çox tanınmış şəxsləri dünyasını dəyişib.

Yeniavaz.com onların siyahısını təqdim edir:

Gülhüseyn Əhmədov - Milli Məclisin III çağırış (2005-10-cu illər) deputatı. 1993 -2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 3 yanvar tarixində 65 yaşında vəfat edib.
Bahadur Hüseyn oğlu Tağıyev - Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA -nın həqiqi üzvü (2014), Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri. 7 yanvar tarixində 86 yaşında vəfat edib.
Fəzilə İbrahim qızı Səmədova - Akademik, kimya üzrə mühəndis-texnoloq. 8 yanvar tarixində 91 yaşında vəfat edib.
Vəli Hüseyn oğlu Əliyev - Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2003).  8 yanvar tarixində 84 yaşında vəfat edib.
Tofiq Ataxan oğlu Gülməmmədov  - Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinin rəhbəri. 16 yanvar tarixində 60 yaşında vəfat edib.
Tofiq Məsim oğlu Qasımov  - Azərbaycanın Xarici işlər naziri (1992–1993). 26 yanvar tarixində 82 yaşında vəfat edib.
Cavanşir Cahangirov - Əməkdar journalist,  2009-cu ildən 2015-ci ilə kimi “Azərbaycan Televizya və Radio Verilişləri” (AzTV)  Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. 4 fevral tarixində 65 yaşında vəfat edib. 
Rauf Məmmədağa oğlu Dadaşov - Azərbaycan animasiya filmləri rəssamı, rejissor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008).  9 fevral tarixində 76 yaşında vəfat edib. 
Miri Əhəd oğlu Qənbərov -  “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri. 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışıb. 11 fevral tarixində 85 yaşında vəfat edib.
Şirin Həsən oğlu Rzayev  -  Drijor, pedaqoq. Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi (1985). Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru. Kamera orkestrinin bədii rəhbəri. 14 fevral tarixində 78 yaşında vəfat edib.
Roza Hüseyn qızı Eyvazova - Azərbaycan filoloq alimi, filologiya elmləri doktoru, professor. 15 fevral tarixində 83 yaşında fəvat edib.
İsgəndər Məcid oğlu Həmidov – Azərbaycan Daxili işlər naziri (1992-93), general-leytenant. 26 fevral tarixində 72 yaşında vəfat edib.
Ağaxan Əli oğlu Salmanlı - Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı. 29 fevral tarixində 79 yaşında vəfat edib.
Məhəmməd Alı oğlu Balayev -  Fəlsəfə üzrə elmlər doktoru (1992), professor (2004). 2 mart tarixində 82 yaşında vəfat edib.
Adil Ağakərim oğlu Zeynalov - Azərbaycan aktyoru, Lənkəran Dğvlət Dram Teatrının rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012). 12 mart tarixində 60 yaşında vəfat edib. 
Rafael Məlik oğlu Dadaşov  - Azərbaycanın teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının xalq аrtisti (2006)., "Şöhrət" ordeni laureatı (2019). 16 mart tarixində 74 yaşında vəfat edib.
Babanlı Fuad Abdulla oğlu - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası. 17 mart tarixində 75 yaşında vəfat edib.
Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu) - Azərbaycan aşığı, "Koroğlu havaları"nın mahir ifaçısı. 18 mart tarixində 48 yaşında vəfat edib.
Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif) – azərbaycan teatr rəssamı, karikaturaçı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2011), Azərbaycan Dövlət Yuğ Teatrının baş rəssamı (1989-2020). 26 mart tarixində 67 yaşında vəfat edib.
Rauf Yusuf oğlu Babayev - Azərbaycan müğənnisi (tenor), Azərbaycanın Xalq artisti (2006). 27 mart tarixində 83 yaşında vəfat edib. 
Hüseyn Mustafa oğlu Əhmədov -  Azərbaycan pedaqoq alimi, pedaqoji elmləri doktoru (1972), professor, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü. Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, əmək və müharibə veteranı. 4 aprel tarixində 94 yaşında vəfat edib.
Cəfərova Kubra Abbas qızı - Azərbaycan Respublikasının "Əməkdar müəllimi", Naxçıvan Muxtar Respublikasının "Əməkdar həkimi", Naxçıvan MSSR Ali Sovetinin deputat. 5 aprel tarixində 74 yaşında vəfat edib.
İsmayılzadə Arif Cəfər oğlu - Geologiya-mineralogiya elmləri doktoru,professor., AMEA-nın müxbir üzvü (2001), AMEA-nın həqiqi üzvü (2007). 10 aprel tarixində 83 yaşında vəfat edib.
Əliyev Rafiq Hacıbaba oğlu - Azərbaycan aktyoru,  tear rejissoru. Azərbaycanın Xalq artisti (2007). 16 aprel tarixində 71 yaşında vəfat edib.
Mansur Əbdül oğlu Mansurov -  A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2012). 22 aprel tarixində 76 yaşında vəfat edib.
Fərqanə Habil qızı Mehdiyeva -   Azərbaycan şairi, Azərbaycan Yazışılar Birliyinin üzvü. 2 may tarixində 56 yaşında vəfat edib.
Tamara Gözəlova - Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi. 8 may tarixində 80 yaşında vəfat edib.
Ağayev Telman Məmmədəli oğlu -  biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın A. İ. Qarayev adına Fiziologiya İnstitutunun direktoru. 9 may tarixində 85 yaşında vəfat edib.
Fəttah Səməd oğlu Heydərov -  Milli Məclisin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri. 4 avqust tarixində 82 yaşında vəfat edib.
Qüdrət Balakişi oğlu Məlikov - Jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). 27 oktyabr tarixində 79 yaşında vəfat edib.
Ədalət Məhəmməd oğlu Paşayev - Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin sabiq rəisi (2009-2020), feldyeger xidməti general-leytenantı. 2 noyabr tarixində 73 yaşında vəfat edib. 
Məhəmməd Ələsgər oğlu Həsənov -  Azərbaycan hərbi xadimi, Azərbaycanın Milli Qəhrəmanı (1992). 18 noyabr tarixində 61 yaşında vəfat edib.
Hacızadə Hikmət Əbdürrəhim oğlu -  Azərbaycanın Rusiyadakı keçmiş səfiri. 20 noyabr tarixində 66 yaşında  vəfat edib. 
Əjdər Qüdrət oğlu Həmidov - Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2018). 24 noyabr tarixində 67 yaşında vəfat edib. 
Adil Əlviz oğlu İsmayılov - Hüquqşünas, ictimai xadim, vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. 1990-cı və 2000-ci illərdə məşhur məhkəmə proseslərinin iştirakçısı. 3 dekabr tarixində 63 yaşında vəfat edib. 
Rəfael Abbas oğlu Abbasov - Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006). 3 dekabr tarixində 77 yaşında vəfat edib. 
Ədilə Əvəz qızı Namazova - Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). 15 dekabr tarixində 94 yaşında vəfat edib.
Atabala Səfərov -  Aktyor, Azərbaycanın əməkdar artisti (2012).  20 dekabr tarixində 71 yaşında vəfat edib.
Səfurə Ağabala qızı İbrahimova -  Azərbaycan kino və teatr aktrisası, Azərbaycanın Xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984). 21 dekabr tarixində 82 yaşında vəfat edib.
Sabir Məhərrəm oğlu Əliyev – Azərbaycan xanəndəsi. Azərbaycanın Xalq artisti (2017). 22 dekabr tarixində 72 yaşında vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top