Bakı və Abşerondakı bu göllər bərpa ediləcək


“Təxminən 10-12 il bundan əvvəl təhlil aparan zaman müəyyən olundu ki, təkcə Abşeron yarımadasında 800-dən artıq irili-xırdalı və qurumayan göl mövcudddur”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda Nazirliyin Dövlət Ekoloji Ekspertiza Xidmətinin rəisi Mirsalam Qəmbərov bildirib.

Onun sözlərinə görə, bu göllərin əksəriyyəti tullantı sularının düzgün idarə olunmaması, yağış sularının idarə olunması üçün müvafiq infrastrukturun olmaması və digər səbəblərdən yaranıb: "Lökbatan gölü də daxil olmaqla iri həcmli 8 gölün hamısının reabilitasiyası, 70-80 il öncəki vəziyyətə gətirilməsi üçün müəyyən planlar mövcuddur. Hesab edirəm ki, ilk növbədə o suları əmələ gətirən amillərin qarşısı alınmalıdır. Eyni zamanda göllərin ətrafında kənar müdaxilələrin qurudulması, reabilitasiya, bərpası nəzərdə tutulur. Amma bu, müəyyən zaman və maliyyə vəsaitinə bağlıdır. Buna baxmayaraq, göllərin təmizlənməsi plandadır. Hazırda iki böyük göl üzərində işlər gedir, bunlar Böyükşor və Zığ gölləridir. Digər 6 gölün həmin proqramlar çərçivəsində zamanı çatanda bərpası həyata keçiriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top