“Hamı çox yaxşı bilir ki, sanksiyalara görə geri çəkilməyəcəyik”


“Türkiyə olaraq, kimə qarşı olursa olsun sanksiyalaraq qarşıyıq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiynin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Soçi şəhərində Türkiyə-Rusiya Birgə Strateji Planlaşdırma Qrupunun iclasından sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, problemlər sanksiyalarla həll edilə bilməz: “Keçmişdə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları olmuşdu. Əlbəttə ki, biz bununla razılaşmadıq və doğru olmadığını dedik. ABŞ-ın son sanksiya qərarı da səhv qərardır. Qərarın özü səhvdir. Hamı çox yaxşı bilir ki, sanksiyalara görə geri çəkilməyəcəyik. “S-400” məsələsi də daxil olmaqla bütün problemləri dialoq yolu ilə həll etməyi seçdik. Eynilə, Aİ ölkələrinə digər ölkələrlə münasibətlərimizi sorğulamaq əvəzinə dialoq seçmələrini tövsiyə edirik”.

DİGƏR XƏBƏRLƏR

Top