İşdən çıxarılan direktorun qardaşı ona yeni vəzifə verib? – AÇIQLAMA


Sosial şəbəkələrdə ötən gün karantin qaydalarını pozaraq özünə təmtəraqlı ad günü keçirməsi səbəbilə işdən çıxarılan Bakı şəhəri, 187 saylı nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovaya yeni vəzifə verilməsi ilə bağlı məlumat yayılıb.
Yeniavaz.com
xəbər verir ki, Nailə Məmmədovanın İctimai Nəzarət Koalisiyasının Təhsil Depatamentinin sədri təyin edildiyi iddia olunub. Məsələ ilə bağlı İctimai Nəzarət Koalisiyası ilə əlaqə saxladıq. Qurumdan Yeniavaz.com-a verilən məlumata görə, yayılan xəbərlər dezinformasiyadır və həqiqəti əks etdirmir.
Qeyd edək ki, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovdur. O Nailə Məmmədovanın qardaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top