Son 19 ildə Neft Fondundan büdcəyə nə qədər pul köçürülüb? – TAM SİYAHI


Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında "2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Yeniavaz.com
 xəbər verir ki, gələn il üçün büdcə gəlirləri 25 milyard 427 milyon manat nəzərdə tutulur ki, bu da gözlənilən ÜDM-in dəyərinin 33,6 %-nə bərabər olacaq.
Qeyd edək ki, gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 47,9%-ni və ya 12 milyard 200 milyon manatını Neft Fondundan transfertlər təşkil edəcək.
Son 19 ildə dövlət büdcəsinin gəlirləri, Neft Fondundan dövlət büdcəsinə edilən transfertlər və transfertlərin büdcədəki payı belə olub:
 
İllər
Büdcə
Gəlirləri
(mlrd. manat)
Neft Fondundan transfert
(mlrd. manat)
Transfertin büdcə gəlirlərindəki payı
 
2003 1,221 0,100 8,2 %
2004 1,509 0,130 8,8 %
2005 2,055 0,150 7,2 %
2006 3,867 0,585 15,1 %
2007 6,007 0,585 9,7 %
2008 10,76 3,80 35,3 %
2009 10,32 4,91 47,6 %
2010 11,40 5,91 51,9 %
2011 15,7 9,0 57,3 %
2012 17,28 9,9 57,3 %
2013 19,49 11,35 58,2 %
2014 18,4 9,34 50,7 %
2015 17,5 8,1 46,3 %
2016 17,5 7,6 43,4 %
2017 16,45 6,1 37,1 %
2018 22,15 10,97 49,5 %
2019 23,22 11,36 49 %
2020
proqnoz
23,03 12,2 52,9 %
2021
proqnoz
25,43 12,2 47,9 %
 
 

DİGƏR XƏBƏRLƏR

Top