Putinin varisləri barədə Jirinoviskinin dediklərinə Kremldən REAKSİYA


Rusiya hökuməti Putinin varisləri barədə deyilənlərə açıqlama verib.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov rusiyalı siyasətçi Vladimir Jirinovskinin gələcəkdə Rusiya prezidenti ola biləcək şəxslər barədə dediyi sözlərə münasibət bildirib. O deyib ki,  bu barədə işlədilən sözlər heç yer tərəfindən dəstəklənməyən mülahizədən başqa bir şey deyil.
Qeyd edək ki, Vladimir Jirinovski gələcəkdə Rusiya prezidenti seçilə biləcək şəxslər barədə danışmışdı. O bildirib ki, Rusiyanın baş naziri Mixail Mişustin, Müdafiə naziri Sergey Şoyqu,  Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, keçmiş Baş nazir Dmitri Medvedyev, Tula vilayətinin qubernatoru Aleksey Dyumin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin , Federasiya Şurasının rəhbəri Valentina Matvienko hazırkı prezident Vladimir Putinin mümkün varisləri ola bilər.
 

DİGƏR XƏBƏRLƏR

Top