Qızılın qiyməti sürətlə yüksəlir – Son bir ayda 5% artıb


Mərkəzi Bank tərəfindən açıqlanan məlumata görə, bu gün (29.12.2020) qızılın 1 qramının qiyməti 103 manata bərabər olub. 
Yeniavaz.com
xəbər verir ki, son bir ayda qızılın bir qramının qiyməti 5,1% və ya 5 manat bahalanıb.
Onu da bildirək ki, bir il əvvəl - 2019-cu ilin dekabr ayının 29-da qızılın bir qramının qiyməti 83 manat olub. Rəqəmlərdən də göründüyü kimi, son bir ildə qızılın qiyməti 24% bahalanıb.
Son 10 il ərzində isə qızılın qiyməti 3 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 10 il əvvəl -2010-cu ilin dekabr ayının 29-da  Azərbaycanda qızılın bir qramı 35 manat olub.
Məlumat üçün onu da qeyd edək ki, bu rəqəmlər qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətini göstərir. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti daha yüksəkdir. 
Qızılın qiyməti dünya bazarlarında da sürətlə bahalanmaqdadır. Hazırda birjalarda bir qram qızılın qiyməti 61 dollara (103 manat) çatıb.

DİGƏR XƏBƏRLƏR

Top