Xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisinin tutulması qaydası dəyişdi


Azərbaycanda xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisi tutulması ilə bağlı yeni prosedur müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Gömrük Məcəlləsinə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür
Dəyişikliyə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulacaq və 1 bank günü ərzində dövlət büdcəsinə köçürüləcək.
Vergi Məcəlləsinə də analoji məzmunda dəyişiklik edilib.

DİGƏR XƏBƏRLƏR

Top