“Vətən uğrunda” medallı 18 yaşlı şəhidimiz - VİDEO


30 illik vətən həsrətinə son qoymağı qarşılarına məqsəd qoyanlar bu amal uğrunda qəhrəmancasına canlarını fəda etdilər. Elə 18 yaşlı şəhidimiz Səbuhi Məcidov da bu qəhrəmanlardandır. 
Yeniavaz.com
AzTV-ə istinadla xəbər verir ki, Vətən Müharibəsi başlayanda Tərtər rayonunda N saylı hərbi hissədə baş atıcı kimi xidmət edən S.Məcidov elə ilk gündən döyüşə atılıb.
O, Suqovuşan və Talış kəndləri uğrunda qəhrəmancasına döyüşərək şəhid olub. 
Ölümündən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. 
Ətraflı süjeti təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top