İtkin düşmüş 30-dan artıq hərbçinin tapılması və 50-dən artıq şəxsin identifikasiyası üzrə iş aparılır - RƏSMİ


Hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması üzrə işlər davam etdirilir.

Müdafiə Nazirliyindən (MN) Yeniavaz.com-a verilən məlumata görə, şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə iş aparılır.
Qeyd edək ki, MN Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçulardan dekabrın 28-dək dəfn edilən 2823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top