Ermənistanın Qafan rayonundan Gorus rayonuna gedən yolun Vorotan qəsəbəsindən keçən hissəsində Azərbaycan əsgərləri tərəfindən "Azərbaycana xoş gəlmisiniz" yazısının yer aldığı lövhə quraşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Goris bələdiyyə başçısının müavini İrina Yolyan sosial şəbəkə hesabından paylaşıb.
Azərbaycan əsgərlərindən 40-50 metr aralıda, Rusiya hərbçilərinin yanında dayanan ermənilər "Azərbaycana xoş gəlmisiniz" yazısının yer aldığı lövhənin quraşdırılmasını telefonla çəkiblər.
Məlumat üçün bildirək ki, Qafan rayonundan Gorus rayonuna gedən yolun 4 km hissəsi Azərbaycan ərazisindən keçir və hazırda ermənilər Rusiya hərbçilərinin müşahidəsi altında həmin yoldan istifadə edirlər.