1992-ci ildə Şuşanın işğal olunmasına rəhbərlik edən terrorçulardan biri – Ermənistanın sabiq baş naziri Vazgen Sarkisyanın Şuşa şəhər İcra Hakimiyyətinin binası qarşısında qoyulan heykəli sökülüb.
Yeniavaz.com xəbər verir ki, Vazgen Sarkisyan Şuşanın işğalı ilə bərabər Xocalıda dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklərin əsas iştirakçısı olub.
Ermənistanın ilk müdafiə naziri olan Vazgen Sarkisyan müharibədən sonra da - 1995-99-cu illərdə yenidən Ermənistanın müdafiə naziri olub. 1999-cu ildə Ermənistanın baş naziri vəzifəsinə təyin edilib. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsi zamanı öldürülüb.
Qeyd edək ki, bu ilin may ayının 9-da Ermənistanın baş naziri Nikol Paşinyan Şuşaya səfəri zamanı Vazgen Sarkisyanın heykəlini də ziyarət etmişdi.