Qasım Süleymaninin Vladimir Putinlə əlaqələri ortaya çıxdı - TƏFƏRRÜAT


Bu il yanvar ayında ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymani haqqında daha bir məlumat ortaya çıxıb.
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, öldürülən SEPAH generalı haqqında daha bir gizli məlumat açıqlanıb. Onun Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqədə olduğu vurğulanıb. Verilən məlumatlarda bildirilib ki, Süleymani bir neçə dəfə Putinlə şəxsən görüşüb. Hətta, 2015-ci ildə Putini Suriyada əməliyyat keçirməyə o razı salıb. Bu barədə “Hizbullah”ın lideri Həsən Nəsrullah İranın xəbər agentliyinə verdiyi müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Süleymani ilə Putinin görüşlərindən biri Suriyada başladılan  əməliyyatdan 3 ay sonra Moskvada baş tutub.  
Qeyd edək ki, Qasım Süleymani 3 yanvar 2020-ci il tarixində İraqda ABŞ-dan pilotsuz təyyarə vasitəsilə etdiyi hücum nəticəsində öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top