Şəhid baş leytenant Mikayıl Məmmədzadə Sumqayıtda dəfn edildi - FOTOLAR


Vətən müharibəsində şəhid olmuş baş leytenant Məmmədzadə Mikayıl İlqar oğlu Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib. 
Dəfn mərasimində şəhidin yaxınları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər rəsmiləri iştirak ediblər. 
Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.
Qeyd edək ki, Murovdağ istiqamətində döyüşlərdə iştirak edən M. Məmmədzadənin taleyi barədə sentyabrın 28-dən məlumat əldə etmək mümkün olmayıb. Ötən gün onun şəhid olduğu məlum olub.



DİGƏR XƏBƏRLƏR

Top