Uhanda COVID-19 haqqında məlumatı yayan çinli jurnalist 4 il müddətinə həbs edildi


Çinin Hubey vilayətinin Uhan şəhərində baş verən COVID-19 pandemiyası ilə bağlı xəbər verən çinli jurnalist San San məhkəmənin qərarı ilə 4 il həbs cəzası alıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Sanın vəkili Sanq San Keke məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, müvəkkili Uhanda koronavirusun yayılması ilə əlaqədar xəbəri yaydığına görə 4 il həbs cəzasına məhkum edilib. Şanxay məhkəməsi 37 yaşlı jurnalist San Sanı ortalığı qarışdırmaq və xalqı provokasiyaya sürükləməkdə günahlandırıb. Vəkil Sanq may ayında həbs olunan müvəkkilinin bir neçə aydır aclıq aksiyası keçirdiyini və səhhətinin pis olduğunu bildirib. O, bu səbəbdən Sanın məhkəməyə əlil arabası ilə gəldiyini qeyd edib.
Qeyd edilir ki, fevralda Uhanda şahid olduqlarını 37 yaşlı jurnalist, öz “Twitter”, “YouTube” və digər sosial şəbəkə hesablarında canlı yayımla insanların diqqətinə çatdırıb. May ayında isə həbs olunub.
 

DİGƏR XƏBƏRLƏR

Top