Dünyada COVID-19-a yoluxanların və ölənlərin sayı dayanmadan artır.
Yeniavaz.com "Worldometers"ə istinadən xəbər verir ki, dünya üzrə olan son statistikada ümumilikdə ölənlərin sayı 1 milyon 771 min 982 nəfər olub. Xəstəliyə yoluxanların sayı 81 milyon 145 min 397-yə qalxıb. Ölənlərin sayı 341 min 138 nəfər olub. Sağalanların sayı isə 57 milyon 294 min 192 nəfərdir.
Qeyd edək ki, dünya üzrə ən çox xəstəlik və ölüm sayı qeydə alınan ölkə ABŞ olub. Burada 19 milyon 573 min 847 nəfərdə koronavirus aşkarlanıb, 341 min 138 nəfər ölüb.
ABŞ-dan sonra yoluxma sayına görə bu sıranı Hindistan (10 milyon 208 min 725), Braziliya (7 milyon 484 min 285), Rusiya (3 milyon 50 min 248), Fransa (2 milyon 559 min 686), İngiltərə (2 milyon 288 min 345), Türkiyə (2 milyon) 147 min 578), İtaliya (2 milyon 47 min 696), İspaniya (1 milyon 869 min 610) kimi ölkələr davam etdirir.