Millət vəkili 190 manat ödəmənin artırılmasını təklif edib


“Dövlət əhaliyə yaşayış minimumu həddində yardım edir. İndiyədək bu, 190 manat idi. İndi yaşayış minimumu 196 manat olacaq”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, yaşayış minimumuna uyğun bu yardımın da məbləği artırılsa, yaxşı olar.
Deputat Tahir Mirkişili bildirib ki, qəbul ediləcək qanun layihəsi 1 yanvarda qüvvəyə minəcək: “Əhalinin həssas təbəqəsinə edilən yardımlar hələ ki, 2020-ci ildə veriləcək. Əgər bu yardımlar gələn il də davam edərsə, bu məsələyə baxmaq olar”.

DİGƏR XƏBƏRLƏR

Top