Deputat: “Bakıdakı işsiz insanları bölgələrə qaytarmağın yollarını tapmalıyıq”


“Hansısa vətəndaş şəhid və qazilərə yardım işinə qoşula bilər. Məsələn, 20 obyektindən birini şəhid ailəsinə bağışlayar, bununla da dövlətə yardım etmiş olar”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında .“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, yanvar ayından başlayaraq bəzi vacib addımların atılmasına başlamalıyıq: “Bu nədir? Biz Bakıda gecəqondularda məskunlaşan və işsiz olan insanları bölgələrə qaytarmağın yollarını tapmalıyıq. Bu insanları təsərrüfata qaytarmaq üçün stimullaşdırıcı tədbirlər görülməlidir. İkincisi, ictimai nəqliyyatla bağlı problem həllini tapmalıdır. Biz kiçik görünə bilən məsələlərin həlli istiqamətində təcili surətdə addımlar atmalıyıq. Üçüncüsü, Hesablama Palatasının təqdim etdiyi rəydə özəlləşdirmə prosesinə yenidən baxmağı təklif edirəm. Bu məsələdə şəffaflıq təmin olunmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top